NASA-da kütləvi ixtisarlar aparılır | VİDEO

   NASA-da kütləvi ixtisarlar aparılır    | VİDEO
  27 İyul 2025    Oxunub:494
NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi) 3870 əməkdaşı irimiqyaslı ixtisarlar çərçivəsində agentliyi tərk edəcək. Bununla belə, 14 minə yaxın əməkdaş öz iş yerini qoruyub saxlayacaq.
AzVision.az xəbər verir ki, Almaniyanın “DPA” agentliyi belə məlumat yayıb.

Bu ilin yanvar ayından Tramp administrasiyası dövlət qurumlarında optimallaşdırma siyasəti aparır. Mart ayında NASA baş elmi işçi Ketrin Kelvin də daxil olmaqla 23 əməkdaşını ixtisar etdiyini açıqlamışdı.

İyul ayında ABŞ prezidenti Donal Tramp Nəqliyyat nazibi Şon Daffini NASA administratorunun səlahiyyətlərini icraçısı təyin edib. Bundan əvvəl Ağ Ev rəhbəri İlon Maskla münaqişə fonunda milyarder Cared Ayekmanın NASA-nın direktoru vəzifəsinə namizədliyini geri çağırmışdı.

Bundan əlavə, Tramp administrasiyası İlon Maska məxsus “SpaceX” şirkəti ilə çoxmilyardlıq müqavilələrin yoxlanılmasına təşəbbüs göstərib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: NASA   ixtisarlar  



Xəbər lenti